2017-02-23
Maroş Şefçoviç: Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək

Bakı, 23 fevral, Nihad Budaqov, AZƏRTAC

Avropa Komissiyası Azərbaycan təbii qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 23-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına həsr olunan mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirib ki, nazirlərin üçüncü toplantısı çox uğurlu keçib. Toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr, eləcə də qarşıya çıxan çətinliklər nəzərdən keçirilib.

"Biz TAP-la bağlı yaranan çətinliklərə dair İtaliya hökuməti və konsorsium iştirakçıları ilə daim danışıqlar və müzakirələr aparırıq. Çünki biz 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılmasında maraqlıyıq və bunun həyata keçirilməsi üçün çalışırıq", - deyə Maroş Şefçoviç əlavə edib.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop