2016-05-28
Brüsseldə 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və NATO yanında Nümayəndəliyinin təşkilatçılığı ilə cari ilin 27 may tarixində Brüsseldə nüfuzlu tədbirlərin keçirildiyi “Circle de Lorraine” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Respublika gününə həsr olunmuş rəsmi ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş Səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli rəsmiləri iştirak etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər