2015-06-12
Brüsseldə 28 May – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbul zamanı ilk Avropa oyunlarının açılış mərasiminin təqdimatı olunmuşdur

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və NATO yanında Nümayəndəliyinin təşkilatçılığı ilə cari ilin 12 iyun tarixində Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmiş və tədbir çərçivəsində Bakı 2015 ilk Avropa oyunlarının açılış gününün təqdimatı olunmuşdur.

Rəsmi ziyafətdə Belçikanın və Aİ-nin yüksək səviyyəli məmurları o cümlədən, Belçika XİN-in Baş Katibi Dirk Axten, Aİ-nin Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Qerxard Şumann-Hitsler və Enerji Siyasəti üzrə Baş Direktorluğun rəhbəri Dominik Ristori, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri iştirak etmişlər.

Ziyafətdə çıxış edən Səfir Fuad İsgəndərov ölkəmizin müstəqillik tarixinə qısa nəzərə salaraq, bu müddət ərzində əldə olunmnuş nailiyyətlər və inkişafdan danışmış, Bakı – 2015 İlk Avropa Oyunlarına hazırlıq çərçivəsində görülmüş işlər, bu oyunların ilk dəfə olaraq Azərbaycanda keçirilməsinin  əhəmiyyəti barədə danışmış, Azərbaycan Respublikasının bu kimi nəhəng idman layihəsinə ilk dəfə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırmışdır.

Qəbulda Bakı-2015 İlk Avropa oyunları barədı qısa film nümayiş olunmuş və qonaqlara Oyunlarla bağlı məlumat nəşrləri  və suvenirlər təqdim  edilmişdir.

 

Brüssel, 12 iyun 2015

növbəti xəbər əvvəlki xəbər