2015-07-22
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun rəsmi qarşılanma mərasimi

2015-07-22

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi. Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

növbəti xəbər əvvəlki xəbər