2015-04-30
Azərbaycan və Belçika Krallığı arasında sərmayə qoyuluşları ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 29 aprel, AZƏRTAC

 

Azərbaycan və Belçika Krallığı arasında sərmayə qoyuluşları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov aprelin 29-da ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, ARDNF tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Belçika Krallığı arasında sərmayə qoyuluşları və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda Ş. Mövsümov ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

 

 

 

növbəti xəbər əvvəlki xəbər