2015-02-25
Səfir Fuad İsgəndərovun Belçikanın Antverpen-Vaasland bölgəsinin işgüzar dairələri ilə işçi naharı olmuşdur

Fevralın 24-də Antverpendə səfir Fuad İsgəndərovun Belçikanın Antverpen-Vaasland bölgəsinin işgüzar dairələri ilə işçi naharı baş vermişdir. Belçika Ticarət Palatalarının Federasiyası və Antverpen-Vaasland Ticarət Palatası tərəfindən birgə təşkil olunmuş tədbirin məqsədi Belçika və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin perspektivlərini müzakirə etmək idi. 

Tədbirdə Belçikanın özəl sektor təmsilçilərinin rəhbəri qismində Belçika Palataları Federasiyasının prezidenti John Stoop, həmçinin su hövzələri dibinin dərinləşdirilməsi və dəniz işləri, logistika xidmətləri, kimya sənayesi, tibbi avadanlıq, infrastrukturun inkişaf etdirilməsi, hüquqi xidmətlər və sair sahələr üzrə ixtisaslaşan aparıcı şirkətlərin nümayəndələri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop