2015-05-09
Azərbaycanın Brüsseldəki Səfirliyi 2-ci Dünya Müharibəsin zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərinin xatirəsini yad etmişdir

2015-05-09

 

Bu gün, mayın 9-u - nasizm üzərində Böyük Qələbənin 70-ci ildönümündə Azərbaycan Respublikasının Səfirliyi adından 2-ci Dünya Müharibəsin zamanı Belçika ərazisində həlak olmuş həmvətənlərinin xatirəsini onların məzarlarına gül çələnglərini qoymaqla yad etmişdir. 

Xatırladaq ki, 2-ci Dünya Müharibəsi zamanı 700 min azərbaycanlı nasist təcəvüzkarlarına qarşı döyüşmüş, onların 300 mindən çoxusu isə döyüş meydanlarında həyatlarını qurban vermişdir. 123 azərbaycanlı ölkənin ən yüksək hərbi mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan, SSRİ-nin əsas neft istehsalçısı olaraq, həmçinin Sovet Ordusunu yanacaqla təmin edirdi ki, bu ümumi təchizatın 80 faizini təşkil edirdi.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop