2015-07-22
İlham Əliyev: Azərbaycan Aİ ilə tərəfdaşlıqda pozitiv inkişaf görür

Azərbaycan, Bakı, 22 iyul /Trend/

“Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıqda pozitiv inkişaf görür”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, D.Tuskun Azərbaycana səfəri Azərbaycan və Aİ arasındakı əlaqələrin əhəmiyyətini göstərir: “Bizim sıx siyasi əlaqələrimiz var və bu əlaqələri gələcəkdə daha da inkişaf etdirəcəyik”.

Prezident qeyd edib ki, görüş çərçivəsində Xəzər, Yaxın Şərq və Mərkəzi Asiya regionlarında təhlükəsizlik məsələləri də müzakirə edilib.

Dövlət başçısı deyib ki, Azərbaycanın Avropa ilə mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq etmək üçün yaxşı potensialı var.

İlham Əliyev əlavə edib ki, Azərbaycan dini tolerantlıq və dini dialoqla bağlı məsələlərə də böyük diqqət ayırır: “Azərbaycan dünyada artıq beynəlxalq multikulturalizm mərkəzi kimi tanınıb və bu da Azərbaycanla Aİ arasında əməkdaşlıq formatı ola bilər”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

növbəti xəbər əvvəlki xəbər

 

bakushop