Belçikaya səyahət edənlərin nəzərinə

 

DİQQƏT!


Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar olaraq Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.


Azərbaycan Respublikasının Belçika Krallığında Səfirliyi



BELÇİKA KRALLIĞI


Terrorizm

Avropa Birliyi qurumlarının və NATO-nun qərargahının Belçikada yerləşməsi ilə bağlı terrorla bağlı ümumi təhlükə vardır.

Bundan əlavə, 2003-cü ildən bəri Belçika məhkəmələri Belçikanın hərbi mövqelərinə hücum planları da daxil olmaqla, terrorizmlə bağlı addımlarda günahkar bilinən şəxsləri məhkum etmişdir. 
 
2004-cü ilin yanvarında İtaliyadan Brüsseldə yerləşən AB qurumlarına məktub-bombalar göndərilmişdir. Tələfat olmamışdır. 2006-cı ilə terrorizmə qarşı mübarizəni gücləndirmək üçün qanun qəbul etmişdir.

11 dekabr 2008-ci ildə Belçikada terrorizmdə şübhəli bilinən şəxslər tutulmuşdur.

Öz təhlükəsizliyiniz üçün Belçikada mövcud olan terrorist hücumları riskindən müdafiə olunmaq üçün KİV-dən mütəmadi olaraq, istifadə edərək mümkün yeni təhlükəsizlik tədbirləri və riskləri ilə bağlı məlumat toplamağınız tövsiyə edilir.

Belçikada xüsusən Səfirliklər, Avropa Birliyi və NATO qarşısında tez-tez nümayişlər olur. KİV və digər yerli mənbələrdən istifadə etməklə mümkün nümayişlər barədə məlumat toplayıb həmin ərazilərdən uzaq olmanız məsləhət görülür.

Cinayət

Belçikada ağır cinayətlər olmasa da, kiçik ölçülü küçə cinayətləri adi haldır. Səfər edənlər həmişə öz ətraflarına qarşı diqqətli olmalıdırlar, çünki xuliqancasına hücumlar, pul kisələrinin oğurlanması və cibgirlik xüsusən başlıca şəhərlərdə mövcuddur. Oğrular metro və avtobus dayanacaqlarına tez-tez gələrək yolunu itirmiş və əllərində baqaj olan turistlərin əşyalarını oğurlayırlar. Brüsseldə bu tipli oğurluq halları üç başlıca stansiyada  - Şimal Stansiyası (Noordstation və ya Gare du Norde), Mərkəzi Stansiya (Centraal Station və ya Gare Central) və xüsusilə Cənub Stansiyasında (Zuidstation və ya Gare du Midi) baş verir. Sonuncu əsas beynəlxalq stansiyadır və buna görə də səyahətçilər stansiyada olarkən daşıdıqları əşyalara çox diqqət yetirməlidirlər. Oğrulardan birinin insanların diqqətlərini yayındırmaqla digərinin isə onun baqajlarını oğurlaması onların əsas metodlarıdır. Yaxşı olardı ki, baqaj ilə fiziki əlaqəni heç vaxt kəsməyəsiniz və əşyalarınızı vaqonda rəflərə qoymayasınız.

Brüsseldə artmaqda olan digər bir cinayət növü isə dayanmaqda və ya hərəkətdə olan maşından oğurluq növüdür. Dəyərli əşyalarınızı maşında oğrunun bayırdan görə biləcəyi yerə qoymayın. Oğrular bəzən işıqfor ətrafında olaraq qırmızı işıqda dayanan maşınlarda dəyərli əşyaların olub-olmamağına diqqət yetirirlər. Əgər onlar pul kisəsi görsələr, onda şüşəni sındırıb onu oğurlayaraq qaçırlar. Dayanacaqdakı  maşınlardan əsasən bahalı maşın stereoları və GSP Naviqasiya sistemləri oğurlanmaqdadır. Maşınları həmişə qapıları və şüşələri bağlı sürün.

Turistlər eyni zamanda bilməlidirlər ki, fərdi və ya qrup şəklində oğrular insanlardan ən əsası bahalı mobil telefonları və MP3 pleyerlər oğurlayırlar. Səyahətçilər gərək özləri ilə az miqdarda nağd pul, kredit kartı və şəxsiyyəti müəyyənləşdirən sənəd gəzdirsinlər. Bahalı daş-qaş və saat istifadə etmək məsləhət deyil.

Eyni zamanda qeyd etmək lazımdır ki, Belçikada baş verən uşaqlar qarşı cinsi zorakılıq aktları dünyada böyük əks sədaya səbəb olmuşdur. Bunlardan ən məşhuru Marc Dutroux işidir.


Cinayət qurbanları barədə məlumat

Əgər siz Belçikada cinayət qurbanı olmuşsunuzsa onda polisdən əlavə öz səfirliyinizə də məlumat verin. Səfirlik heyəti sizə müvafiq tibbi xidmətin təşkil olunmasında, ailə üzvləriniz və ya dostlarınızla əlaqə quraraq hansı tədbirlərin görülməsini izah etməkdə kömək edəcəkdir. Baxmayaraq ki, istintaqın aparılması yerli orqanların işidir, konsulluq əməkdaşları sizə yerli cinayət prosessual hüququnun izah olunmasında və ehtiyac olarsa vəkil tutulmasında köməklik göstərə bilərlər.

Nəqliyyat təhlükəsizliyi və yol vəziyyəti

Xarici ölkədə olarkən Azərbaycan Respublikası vətəndaşları öz ölkələrindəki yol qaydalarından fərqli qaydalarla qarşılaşa bilərlər. Aşağıdakı məlumatlar ümumi xarakter daşıyır və bəzi ərazilər və şəraitlər üçün aid olmaya bilər. Belçikadakı hərəkətin yolun sağı ilə olması qaydaları Azərbaycandakından müəyyən qədər fərqlidir və buna görə yeni sürücülər Belçikada maşın sürməyə başlamazdan əvvəl bu qaydaları yaxşı öyrənməlidirlər. Misal üçün, kəsişmələrdə hətta kiçik yollarda da, sağdan gələn maşınlar üstünlüyə malikdir və onlara həmişə yol verilməlidir. Belçika polisi əsasən gecələr və başlıca bayramlar dövründə sürücülərin alkoqol qəbul etmə dərəcəsini müəyyən edən nəfəs analizindən də istifadə edir.