Qayıdış şəhadətnaməsi

 

DİQQƏT!


Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar olaraq Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.


Azərbaycan Respublikasının Belçika Krallığında Səfirliyi

 

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket konsulluğa təqdim edilir.

Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

1. pasport yararsız hala düşdükdə və ya onun etibarlıq müddəti bitdikdə - pasportun özü;
2. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
3. üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
4. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
5. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;
7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

 

 

Tərcümeyi-hal



FUAD ELDAR OĞLU İSGƏNDƏROV


Doğulduğu tarix və yer: 6 avqust 1961-cı il, Bakı, Azərbaycan


 Təhsil və təlim proqramları:

1978-1983

Bakalavr - Beynəlxalq iqtisadi münasibitlər / İngilis dili üzrə tərcümə, Beynəlxalq münasibətlər və beynəlxal hüquq institutu, Kiyev Milli Universiteti

1999 (noyabr)

Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramı, Beynəlxalq Hüquq-Mühafizə Akademiyası, Budapeşt, Macarıstan

2001 (may-iyun)

2002 (iyul) 

Qara Dəniz ixtisasartırma proqramı, C.F. Kennedi İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ

Qanunvericilik üzrə ixtisasartırma kursları, ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Departamenti

2006 (yanvar)

Milli Hərbi Strategiya üzrə Seminar, Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi 

 İş təcrübəsi

1986-1995

Hərbi xidmət

1995-2002

İnformasiya və təhlil idarəsinin rəisi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2002-2006 

Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini

2006-2007 

Xüsusi tapşırıqlar üzrə səfir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi                                   Yunesko üzrə Azərbaycan Milli Komissiyasının baş katibi

2007-2012

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat yanında daimi nümayəndəsi

 

2012- indiyədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri


Tədris və elmi fəaliyyət

1983-1986

Aspirant və dosent, Siyasi iqtisadiyyat kafedrası, Azərbaycan Dövlət Universiteti 

1984-1985 

Mühazirəçi, Tərcümə nəzərriyyəsi kafedrası, Azərbaycan Dillər Universiteti 

2000-2003

Mühazirəçi, Beynəlxalq münasibətlər kafedrası, Beynəlxal münasibətlər və beynəlxalq hüquq fakultəsi, Bakı Dövlət Universiteti

   
Ailə vəziyyəti:

Evlidir, bir oğlu və bir qızı var

 

Xarici dillər Rus, ingilis, türk

 

PDF versiyası