Pasport

 

DİQQƏT!


Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar olaraq Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.


Azərbaycan Respublikasının Belçika Krallığında Səfirliyi


Ümumvətəndaş pasportunun alınması  üçün tələb olunan sənədlərin siyahısı:

1. Doldurulmuş ərizə-anket forması (yalnız 1.1; 1.2; 1.3; 1.4; 1.5; 1.6; 1.7 və 1.8 saylı suallara tam cavab verərək). Ərizə-anket Azərbaycan dilində və latın əlifbası ilə yazılmalıdır. 

2. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi məqsədilə vətəndaşın şəxsən (əl ilə) yazdığı ərizə;

3. 2 ədəd (donuq-matoviy) rəngli fotoşəkil (35 mm x 45 mm). Başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur;

4. Ümumvətəndaş pasportunun əsli

5. Şəxsin ölkədə daimi və ya müvəqqəti yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən müvafiq sənəd; 

6. Ümumvətəndaş pasportunun 2-ci, 3-cü, 4-cü, uşaqlar varsa, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri;

7. Əgər pasport itirilmişsə və ya oğurlanmışsa, onda yaşadığınız ölkənin polis idarəsi tərəfindən pasportun itirilməsi va ya oğurlanması barədə arayış təqdim olunmalıdır;

8. SSRİ nümunəli pasportlara malik olan şəxslər qan qrupunu təsdiq edən tibbi arayışın surəti;

9. Uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər: a) doğum haqqında şəhadətnamənin surəti; b) 2 rəngli fotoşəkil (35 mm x 45 mm); c) uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları notarius tərəfindən və ya Səfirlik tərəfindən təsdiq olunmalıdır); d) nigah qeydi pozulmuşsa, Sizin ailə vəziyyətini təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamənin, məhkəmə qərarının və s.) surətləri;

10. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun alınması məqsədilə sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə dövlət rüsumu - 55 ABŞ dolları;

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən, ümumvətəndaş pasportunun verilməsinə və ya dəyişdirilməsinə görə Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsi (keçmiş OVİR) yanında yerləşən əmanət kassasında 40 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli Bakı şəhəri, Şixəli Qurbanov küçəsi 4-də yerləşən Azərbaycan Respublikası XİN-in Konsulluq İdarəsinə təhvil verilməlidir. Qəbzdə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ünvan göstərilməlidir.

Yaxud, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin AR Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 AZN ödənilməsi barədə qəbzin əsli (40 AZN ekvivalent olaraq xarici valyuta ilə də ödənilə bilər) Səfirliyə təqdim olunur. Qəbzlərdə pasport alan şəxsin soyadı, adı, atasının adı və yaşadığı ölkənin adı göstərilməlidir.

 Beneficiary Bank

 The International Bank of Azerbaijan

 S.W.I.F.T. Code

 IBAZAZ2X

 Beneficiary

 Treasury Department of Central Governament Organizations (XIN)

 Beneficiary account 

 COR – 328518 – EUR – 3211 – 01

 Additional bank correspondents

 Credit Lyonnais, Paris EUR 091000122021
 Cociete Generale, Paris EUR 002012715010
 Commerzbank AG Frankfurt am Main EUR 400886603001


The International Bank of Azerbaijan Republic.
3 H. Z. Tagiev street, Baku 370005, Azerbaijan;

 

12. Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq cərimənin ödənilməsi;

13. 18 yaşına çatmış şəxslərə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

a) 18 yaşına çatmış şəxsin ərizəsi;

b) ərizə-anket forması;

c) 2 ədəd (donuq-matoviy) rəngli fotoşəkil (35 mm x 45 mm). Başları örpəkli qadınların fotoşəkilləri qəbul olunmur;

ç) möhür və imza ilə təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti

d) uşaq valideynlərindən birinin pasportuna yazılıbsa, həmin pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və konsulluq qeydiyyatı olan səhifələrinin surətləri

e) 18 yaşına çatmış uşağın konsulluq qeydiyyatına alınması haqqında səfirliyin blankında möhür və imza ilə təsdiq olunmuş arayış;

 

 

Tərcümeyi-hal



FUAD ELDAR OĞLU İSGƏNDƏROV


Doğulduğu tarix və yer: 6 avqust 1961-cı il, Bakı, Azərbaycan


 Təhsil və təlim proqramları:

1978-1983

Bakalavr - Beynəlxalq iqtisadi münasibitlər / İngilis dili üzrə tərcümə, Beynəlxalq münasibətlər və beynəlxal hüquq institutu, Kiyev Milli Universiteti

1999 (noyabr)

Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramı, Beynəlxalq Hüquq-Mühafizə Akademiyası, Budapeşt, Macarıstan

2001 (may-iyun)

2002 (iyul) 

Qara Dəniz ixtisasartırma proqramı, C.F. Kennedi İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ

Qanunvericilik üzrə ixtisasartırma kursları, ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Departamenti

2006 (yanvar)

Milli Hərbi Strategiya üzrə Seminar, Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi 

 İş təcrübəsi

1986-1995

Hərbi xidmət

1995-2002

İnformasiya və təhlil idarəsinin rəisi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2002-2006 

Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini

2006-2007 

Xüsusi tapşırıqlar üzrə səfir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi                                   Yunesko üzrə Azərbaycan Milli Komissiyasının baş katibi

2007-2012

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat yanında daimi nümayəndəsi

 

2012- indiyədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri


Tədris və elmi fəaliyyət

1983-1986

Aspirant və dosent, Siyasi iqtisadiyyat kafedrası, Azərbaycan Dövlət Universiteti 

1984-1985 

Mühazirəçi, Tərcümə nəzərriyyəsi kafedrası, Azərbaycan Dillər Universiteti 

2000-2003

Mühazirəçi, Beynəlxalq münasibətlər kafedrası, Beynəlxal münasibətlər və beynəlxalq hüquq fakultəsi, Bakı Dövlət Universiteti

   
Ailə vəziyyəti:

Evlidir, bir oğlu və bir qızı var

 

Xarici dillər Rus, ingilis, türk

 

PDF versiyası