Səfir

Əziz qonaqlar,

Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin və Avropa İttiqağı yanında Nümayəndəliyinin internet saytına xoş gəlmisiniz. İnternet saytımızda Azərbaycanın Belçika və Lüksemburq, həmçinin Avropa İttifaqı ilə münasibtləri haqqında ümumi məlumat diqqətinizə təqdim olunur. 

Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən və qədim İpək Yolunda vacib bir qovşaq olan Azərbaycan dünyavi və mədəni cəhətdən zəngin cəmiyyətə malik bir məkandır. Azərbaycan Xalq Cumhürriyyəti 1918-ci ilin 28 may tarixində təsis edilərək Şərqin ilk parlament respublikası olmuşdur. Həmin il Azərbaycanda qadınlara seçki hüququ verilmişdir. Təəssüf ki, Azərbaycan Xalq Cumhüriyyətinin ömrü qısa olmuş və 1920-ci ildə sona çatmışdır.

Azərbaycan xalqının azad və müstəqil ölkədə yaşamaq uğrunda uzunsürən mübarizəsi 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyin bərpası ilə nəticələnmişdir. 2 mart 1992-ci il tarixində isə Azərbaycan Republikası Birləşmiş Millətlər Təşkilatının üzvü olmuşdur.   Bu gün müxtəlif etnik və dini icmalardan ibarət Azərbaycan xalqı azad bazara və əsaslı dövlət qurumlarına malik olan müasir və demokratik dövlətin inkişafına doğru can atır. Respublikamızın xarici siyasəti ərazi bütövlüyü, trans-reqional iqtisadi layihələrin təşviqi, avropa və avro-atlantik strukturlarına inteqrasiya və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi prosesinə töhfələrin verilməsinə yönəlibir. 

Mən sizləri internet resurslarımızdan bəhrələnməyə dəvət edir, eyni zamanda özüm və rəhbərlik etdiyim kollektiv tərəfindən müvafiq köməkliyin göstərilməsində hazır olduğumuzu bildirirəm. 

 

Səmimiyyətlə,

 

Fuad İsgəndərov
Səfir, Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri

 

Səfir Fuad İsgəndərovun tərcümeyi-halı