2017-09-23
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçika və Malayziyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın Xarici İşlər Naziri Didye Reynders və Malayziyanın Xarici İşlər Naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirdi.

Keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu məmnunluq ifadə edildi. Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulandı.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



əvvəlki xəbər

 

bakushop