2016-10-21
Vaterlo Tarixi Filmlər Festivalında Azərbaycan haqqında film nümayiş etdirilmişdir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilmişdir.

Gecədə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov ölkəmizin öz müstəqilliyini bərpa etdiyi vaxtdan ötən müddət ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat vermiş, Azərbaycan və Belçika arasındakı çoxşaxəli əməkdaşlığın mövcud olduğunu və hər iki tərəfin bunu daha da inkişaf etdirmək əzmində olduğunu bildirmişdir.

Tədbir zamanı, Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilmişdir. Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanmış və alqışlarla müşayiət olunmuşdur.

Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

növbəti xəbər əvvəlki xəbər

 

 

Tərcümeyi-hal



FUAD ELDAR OĞLU İSGƏNDƏROV


Doğulduğu tarix və yer: 6 avqust 1961-cı il, Bakı, Azərbaycan


 Təhsil və təlim proqramları:

1978-1983

Bakalavr - Beynəlxalq iqtisadi münasibitlər / İngilis dili üzrə tərcümə, Beynəlxalq münasibətlər və beynəlxal hüquq institutu, Kiyev Milli Universiteti

1999 (noyabr)

Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramı, Beynəlxalq Hüquq-Mühafizə Akademiyası, Budapeşt, Macarıstan

2001 (may-iyun)

2002 (iyul) 

Qara Dəniz ixtisasartırma proqramı, C.F. Kennedi İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ

Qanunvericilik üzrə ixtisasartırma kursları, ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Departamenti

2006 (yanvar)

Milli Hərbi Strategiya üzrə Seminar, Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi 

 İş təcrübəsi

1986-1995

Hərbi xidmət

1995-2002

İnformasiya və təhlil idarəsinin rəisi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2002-2006 

Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini

2006-2007 

Xüsusi tapşırıqlar üzrə səfir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi                                   Yunesko üzrə Azərbaycan Milli Komissiyasının baş katibi

2007-2012

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat yanında daimi nümayəndəsi

 

2012- indiyədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri


Tədris və elmi fəaliyyət

1983-1986

Aspirant və dosent, Siyasi iqtisadiyyat kafedrası, Azərbaycan Dövlət Universiteti 

1984-1985 

Mühazirəçi, Tərcümə nəzərriyyəsi kafedrası, Azərbaycan Dillər Universiteti 

2000-2003

Mühazirəçi, Beynəlxalq münasibətlər kafedrası, Beynəlxal münasibətlər və beynəlxalq hüquq fakultəsi, Bakı Dövlət Universiteti

   
Ailə vəziyyəti:

Evlidir, bir oğlu və bir qızı var

 

Xarici dillər Rus, ingilis, türk

 

PDF versiyası