Viza

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ SƏFİRLİYİ

KONSULLUQ BÖLMƏSİ 

Konsulluq məsələləri ilə bağlı sualları yazılı şəkildə consul@azembassy.be elektron ünvanına göndərməyiniz xahiş edilir.

Ünvan: Ave. Moliere 464, 1050 Brüssel (giriş Jean Chapelie küçəsindəndir). İş saatları: Bazar ertəsi, Çərşənbə, Cümə günləri saat 10.00-dan 13.00-dək

Tel.: +32 (2) 735-98-95 (Telefon zəngləri Bazar ertəsi, Çərşənbə axşamı, Cümə saat 14:30-dan 17:00-dək, Çərşənbə axşamı və Cümə axşamı 10:00-12:30 və 14:00-17:00 saatlarında qəbul olunur)

Faks: +32 (2) 735 92 70

E-ünvan: consul@azembassy.be 

 

 

KONSULLUQ RÜSUMLARI ÜÇÜN BANK HESABININ REKVİZİTLƏRİ

KBC Bank hesab nömrəsi: 733-0410794-29

IBAN: BE26 7330 4107 9429
BIC: KREDBEBB

“Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.01.2018-ci il tarixli, 1803 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumat
 
 
2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcəkdir.
Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat

 

Ölkənin adı

Rəsmiləşdirilən vizanın müddəti

1

Qətər

30 gün

2

Oman

30 gün

3

Səudiyyə Ərəbistanı Krallığı

30 gün

4

Bəhreyn

30 gün

5

Küveyt

30 gün

6

Yaponiya

30 gün

7

İndoneziya

30 gün

8

İran İslam Respublikası 

30 gün

9

Çin Xalq Respublikası

30 gün

10

Koreya Respublikası

30 gün

11

Malayziya

30 gün

12

Sinqapur

30 gün

13

Türkiyə Respublikası

60 gün

14

İsrail

30 gün

15

Birləşmiş Ərəb Əmirlikləri

30 gün

 

 

Qeyd: Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 (otuz) günlük viza rəsmiləşdirilir.