Notariat hərəkətləri

 

DİQQƏT!


Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar olaraq Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.


Azərbaycan Respublikasının Belçika Krallığında Səfirliyi



ETİBARNAMƏLƏRİN TƏSDİQİ

Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə və Notariat haqqında Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında çalışan konsullar notariat hərəkətləri aparmaq, o cümlədən etibarnamələr təsdiq etmək hüququna malikdirlər.

Etibarnamələrin təsdiqi vətəndaşın və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin bilavasitə Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyinin Konsulluq bölməsinə müraciəti əsasında və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə həyata keçirilə bilər.

Etibarnamə rəsmiləşdirərkən etibar etdiyiniz şəxsin yaşayış ünvanını və onun pasport məlumatlarını (şəxsiyyət vəsiqəsində qeyd edilmiş məlumatlar) konsula bildirməyiniz xahiş olunur.

Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və həmin təşkilatın möhürü vurulmaqla verilir.

Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində hüquqi qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsiz hesab edilir.

 

bakushop